Hafiz Həsənovun məhkəməsi başlayır

saytların hazırlanması

Evə çatdırılma

Hafiz Həsənovun məhkəməsi başlayır

Hadisə

10 Oktyabr 2025 11:23 236


“QHT işi” üzrə ittiham olunanlardan biri - "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

“Yeni Sabah” xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Eldar İsmayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir. Dördpendirli pizza

Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!