Hakan Fidan Antoni Blinkenlə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Hakan Fidan Antoni Blinkenlə görüşdü

Siyasət

21 İyun 2023 18:58 631


Ukraynanın bərpası üzrə konfransa qatılmaq üçün Londona səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə ilk təkbətək görüşünü keçirib.

Yenisabah.az xəbər verir ki, görüşdə Türkiyəyə F-16 qırıcılarının tədarükü, İsveçin NATO-ya üzvlük prosesi və regional məsələlər gündəmə gəlib.

Həmçinin, Ukrayna-Rusiya müharibəsi və Suriyadakı son vəziyyətlə yanaşı, ikitərəfli münasibətlər də müzakirə mövzusu olub. Pepperoni pizza

Xatırladaq ki, Hakan Fidan və Antoni Blinken sonuncu dəfə iyunun 8-də telefonla danışıblar. Blinken Fidanı yeni vəzifəsi münasibətilə təbrik edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!