Hakan Fidan Lavrovla görüşəcək

saytların hazırlanması

Evə çatdırılma

Hakan Fidan Lavrovla görüşəcək

Siyasət

28 Avqust 2023 13:59 269


Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyə XİN başçısı Hakan Fidan arasında danışıqlar yaxın vaxtlarda baş tutacaq. 

Yenisabah.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib. 

“Yaxın vaxtlarda Rusiya və Türkiyə XİN rəhbərləri arasında danışıqlar Moskvada baş tutacaq”, - deyə Zaxarova konkret tarixi və qarşıdan gələn görüşün təfərrüatlarını açıqlamadan bildirib.  Dominos pizza

Kreml avqustun 25-də Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşün tezliklə baş tutacağını açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!