Hakan Fidan və Yaşar Gülər Bakıya nə vəd edir? - Türkiyənin sirr küpü, MOSSAD-ın ən çox çəkindiyi kəşfiyyatçı...

Hakan Fidan və Yaşar Gülər Bakıya nə vəd edir? - Türkiyənin sirr küpü, MOSSAD-ın ən çox çəkindiyi kəşfiyyatçı...

Siyasət Veb saytların hazırlanması

04 İyun 2023 18:27 2529


Xəbər verdiyimiz kimi, Türkiyənin Nazirlər Kabinetinin yeni tərkibində xarici işlər naziri vəzifəsinə Hakan Fidan, milli müdafiə naziri vəzifəsinə isə Yaşar Gülər gətirilib.

Yenisabah.az xəbər verir ki, siyasi ekspertlər hər iki kadrın Azərbaycanla çox ciddi əlaqələri olduğunu bildirib.

Siyasi ekspert Asif Nərimanlı qeyd edib ki, Ərdoğan Hakan Fidanı “O mənim sirr küpüm, Türkiyə dövlətinin sirr küpü, Türkiyənin gələcəyinin sirr küpü” adlandırmışdı:

“Hakan Fidan xarici siyasətin müəyyənləşməsində ciddi rola malik olub. Obamanın “gözüm üzərində” dediyi, MOSSAD-ın ən çox çəkindiyi kəşfiyyatçı olduğu haqda mediada məlumatlar var. Vaxtilə Azərbaycanda da TİKA-nın nümayəndəsi kimi işləyib və ölkəmizin rəsmiləri ilə yüksək səviyyədə əlaqələri var.

Türkiyə ordusunda böyük nüfuzu malik olan Yaşar Gülərin də Azərbaycanın hərbi rəhbərliyi ilə yüksək münasibətləri mövcuddur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!