“Hakimiyyəti daha kəskin tənqid edəcəyəm” - Məmməd İbrahimdən ilk açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Hakimiyyəti daha kəskin tənqid edəcəyəm” - Məmməd İbrahimdən ilk açıqlama

Siyasət

13 Fevral 2019 18:27 937


Həbsdən azad edilən Məmməd İbrahim bildirib ki, siyasi fəaliyyətini davam etdirəcək.

"Mən AXCP-nin tərkibində siyasi fəaliyyətimi davam etdirəcəyəm. Daha çox və kəskin tənqid edəcəyəm (hakimiyyəti). Biz bütün siyasi məhbusların azad edilməsi uğrunda mübarizəni davam etdirəcəyik", - M.İbrahim deyib.

M.İbrahim qeyd edib ki, onun siyasi mübarizəsi Azərbaycanda demokratik dəyərlər bərqərar olana qədər davam edəcək. pizza mizza

Qeyd edək ki, AXCP sədrinin müşaviri Məmməd İbrahim bu gün məhkəmə zalından azadlığa buraxılıb. Bu qərarı Bakı Apellyasiya Məhkəməsi qəbul edib. Məhkəmə M.İbrahimi həbsxanada qadağan olunmuş əşya saxlamaqda təqsirli bilərək həbs müddətinin 5 ay uzadılması ilə bağlı Suraxanı Rayon Məhkəməsinin 10 yanvar 2019-cu il hökmündən verilmiş şikayəti qismən təmin edib.

Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 4 ay və 16 günədək azaldaraq onu məhkəmə zalında azad edib.

Vəkil Cavad Cavadov bildirib ki, müdafiə tərəfi bəraət verilməsinə təkid edib, lakin şikayət qismən təmin olunub.

Müdafiə tərəfi M.İbrahimin tam reabilitasiyası üçün mübarizəni davam etdirəcək.

Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da həbs edilib və xuliqanlıq ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum olunub. Həbs müddətinin bitməsinə bir gün qalmış ona qarşı yeni ittiham irəli sürülüb. Bu dəfə həbsxanada yatağında qadağan olunmuş əşya - bıçaq tiyəsi saxlamaqda günahlandırılıb. M.İbrahim ittihamı rədd edib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!