“Hakimlə bağlı lazım olan şərhi Prezident İlham Əliyev verib” - Qurban Qurbanov

saytların hazırlanması

Evə çatdırılma

“Hakimlə bağlı lazım olan şərhi Prezident İlham Əliyev verib” - Qurban Qurbanov

İdman

22 Yanvar 2026 01:47 805


Prezident İlham Əliyev "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununun baş hakimi barədə lazım olan şərhi verib.

"Yeni Sabah" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis Bakıda "Ayntraxt"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunundan sonra Azərbaycan çempionunu təbrik edən Prezident İlham Əliyevə təşəkkürünü bildirib: Marqarita pizza

"Mən də öz növbəmdə qələbə münasibəti ilə Cənab Prezident İlham Əliyevi təbrik edirəm. Bizə göstərdiyi dəstəyə görə təşəkkürümü bildirirəm. Qarşılaşmanın baş hakimi Sandro Şererin haqsız qərarları ilə bağlı lazım olan bütün fikirləri Prezident bildirdi. Məncə, onun sözlərindən sonra əlavə şərhə ehtiyac yoxdur. Təbii ki, mən də oyun sırasında əsəbləşmişdim, lakin sonradan hirsim soyudu".

Qeyd edək ki, Prezident İlham Əliyev "Qarabağ" - "Ayntraxt" oyunundan sonra Ağdam təmsilçisini 3:2 hesablı qələbə qazanması münasibəti ilə təbrik edib və matçın baş hakiminin oyun sırasında ədalətsiz, eləcə də qərəzli qərarlar qəbul etdiyini bildirib./Report.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!