“Növbəti oyunumuz “Qarabağ”la olacaq. Bilirik ki, çox ağır oyun bizi gözləyir. Onlar da çempionluğa oynayır. İstəyəcəklər ki, çempionluğu rəsmiləşdirsinlər. Biz də çalışacağıq ki, 3-cü yeri tez təmin edək”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında “Səbail”in kapitanı Rahid Əmirquliyev deyib. Əvvəlcə, “Səbail” – “Qəbələ” (2:1) oyunundan danışan futbolçu rəqibin bu oyuna qalibiyyət üçün çıxdıqlarını və zəif oynamadıqlarını bildirib:
“Ola bilər ki, kimsə düşünsün ki, “Qəbələ” kubok oyununa görə bu matçı ciddiyə almadı. Ancaq mən belə düşünmürəm. “Qəbələ” bu oyuna qalibiyyət üçün çıxmışdı. Çünki bizlə kubokda olan heyətlə oynayırdı. Həm kuboku, həm 3-cü yeri təmin etmək istəyirdilər. Deməzdim ki, zəif oynadılar. 1-ci hissədə biz daha yaxşı oyun nümayiş etdirdik, 2-ci hissədə isə onlar üstün oldular”. Dördpendirli pizza
O, növbəti oyunda qarşılaşacaqları “Qarabağ”dan xal almaq üçün meydana çıxacaqlarını və özlərinin yerini möhkəmləndirəcəklərini vurğulayıb:
““Qarabağ”dan xal almağa çalışacağıq. “Qəbələ” də “Neftçi” ilə qarşılaşacaq. Xal itirsələr, biz 3-cü yerimizi möhkəmləndirəcəyik. Amma onları gözləməli deyilik, öz oynumuzu göstərməli, lazımi nəticəni əldə etməliyik”.
Yarımmüdafiəçi hakimlərin qərarlarından da danışıb. O, “Neftçi” ilə olan son matçda onlara qarşı haqsızlıq edildiyini vurğulayıb:
“Hansısa hakimə şər atmaq istəmirəm. İnsandırlar, səhv edə bilərlər. Sırf “Səbail” – “Neftçi” (2:2) oyununa gəlincə, hakimlər əlindən gələni etdi ki, “Neftçi” uduzmasın. Amma ümumi yanaşsaq, deməzdim ki, bütün hakimlər bizə qarşıdır, qərəzlidir”.
R.Əmirquliyev yeni gələn dünyaca məşhur futbolçu Esyendən gənc futbolçuların çox şey öyrənəcəyini də bildirib:
“Esyen dünyada tanınmış futbolçudur. Bizə çox köməyi dəyəcək. Sadə bir insandır. Ola bilər ki, kimləsə şəxsi yaxınlığı var. Amma məsləhətləri ancaq baş məşqçi verir. Bizim gənc futbolçular ondan çox şey öyrənə bilər”.
Naibə Məmmədova
Telegram kanalımız