Quba sakini Murad Əliyevin məhkəmə qalmaqalı və hakimlərdən şikayəti barəsində davamlı məlumatlar dərc etmişdik.
Vətəndaş şikayətlərində bildirir ki, Quba Rayon Məhkəməsinin hakimi Rahim Həsənov və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasov vətəndaş təqdim edilən sübutlara baxmayaraq qərəzli qətnamə çıxarıb. Bu səbəbdən vətəndaş növbəti apellyasiya şikayətində Ş.Abbasovun hakim tərkibində yer almasına etiraz edib. Lakin hakim Telman Məmmədov etirazı qəbul etməyib. Buna cavab olaraq M. Əliyev bütün tərkibə etiraz edib. Bundan sonra proses qeyri-müəyyən vaxta təxirə salınıb.
Murad Əliyev Yenisabah.az-a bildirib ki, bir neçə gün əvvəl Sumqayıt Apellyasiya Məhkəməsindən bildiriş alıb. Məlum olub ki, növbəti proses 20.08.2020-ci il tarixə təyin olunub. Bildirişdə hakim Telman Məmmədovun imzasını görən vətəndaşa aydın olub ki, etirazı bu dəfə də təmin olunmayıb. pizza
Şikayətçi deyir ki, baş verənlərlə əlaqədar Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədova və Sumqayıt Apellyasiya Məhkəməsinin sədrinə müraciət ünvanlayıb.
Murad Əliyev deyir ki, məhkəmələrin çıxardığı qərəzli qətnamələr və cavabdeh Rəqsanə Kazımovanın özbaşnalığı üzündən artıq altı aydır doğma övladları ilə görüşə bilmir.
Telegram kanalımız