Hakimlərə 10 min manat maaş verilsin - TƏKLİF

saytların hazırlanması

Evə çatdırılma

Hakimlərə 10 min manat maaş verilsin - TƏKLİF

Sağlamlıq

19 Noyabr 2019 10:18 1977


Hakimlərin iqtisadi müstəqilliyi məsələsinə də yenidən baxmalıyıq. Əgər hakimin evi yoxdursa, evlə təmin olunmalı, xidməti avtomobil verilməlidir. Hakimlər ən azı 10 min manat maaş almalıdır.

"Yeni Sabah"ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib. 

O bildirib ki, hazırda Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya Məhkəməsinin hakimləri parlamentin razılığı ilə Prezident tərəfindən təyin edilir.  Dominos pizza

“Prezidentin qərarı ilə hakimliyə təyin olunan şəxslər Məhkəmə-Hüquq Şurası tərəfindən necə vəzifədən uzaqlaşdıra bilər? Hazırda Məhkəmə-Hüquq Şurası tərəfindən hakimləri intizamsızlığa görə işdən çıxarmaq daha asandır, nəinki cinayət törətdikdə. Hakimlər ya 70 yaşına qədər, ya da ömürlük təyin olunmalıdır”. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!