Hamı Azərbaycanda çəkilən bu çarxdan danışır:  “YouTube”da trend oldu - Video

saytların hazırlanması

Evə çatdırılma

Hamı Azərbaycanda çəkilən bu çarxdan danışır: “YouTube”da trend oldu - Video

Rəqəmsal

18 Noyabr 2019 09:12 1259


Azərbaycan son günlər Cənubi Koreyada məşhurlaşıb.

"Yeni Sabah"ın verdiyi xəbərə görə, ölkənin ən böyük axtarış sistemləri olan “Naver” və “Daum”da axtarılan ən çox sözlər Azərbaycanla bağlı olub.

Sıralamada ilk yerdə “Bakı”, ikinci yerdə isə “Azərbaycan” sözləri yer alıb. Dominos pizza

Buna isə Koreya televiziyalarından birinin Azərbaycan Dövlət Turizm Agentliyinin dəstəyilə Bakıdan və Qobustandan turizmlə bağlı veriliş hazırlaması səbəb olub.

“Battle trip” verilişi üçün Qız qalasında, İçərişəhərdə, metrostansiyaların qarşısında, Qobustan qayalıqlarında və Yanardağda çəkilişlər aparılıb.

Verilişin anonsunun yayılması Cənubi Koreyada Azərbaycana olan maraqları artırıb.

Həmin verilişin bu həftə ərzində tam yayımlanacağı gözlənilir. /Oxu.az

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!