“Kişi qorxaq olmamalıdır. Kişi ölümdən qorxmamalıdır. Qorxaq adam min dəfə ölür, cəsur adam bir dəfə. Ölümdən qorxub, hər eybəcərliyə boyun əymək olmaz”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Space TV-də efirə gedən “Gəl dərdini danış” verilişinin qonağı olan tanınmış hüquqşünas Tağı Hüseynov deyib. T.Hüseynov öz ailə üzvlərinin təəssübünü çəkməyən adamları cəmiyyət üçün “qara yara” adlandırıb: “Hamı deyir ki, mən Koroğlunun nəvəsiyəm, vurub-yıxanam. Bəs Keçəl Həmzənin nəvəsi kimdir? Ailəsinə, doğma uşaqlarına sahib çıxmayan, mövqeyi olmayan, çalışıb-vuruşmayan adamları görəndə Keçəl Həmzə yadıma düşür”.
Telegram kanalımız