Azərbaycan hökuməti koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Belə ki, bütün təhsil müəssisələrinin fəaliyyəti mart ayının 27-nə kimi dayandırılıb. Sərhədlər bağlanıb, yas və toy mərasimləri təxirə salınıb. Bu qəbildən olan tədbirlərin silsilə xarakter aldığı və qarşıdakı müddətdə də davam edəcəyi şübhə doğurmur.
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Yeni Sabah”a açıqlamasında Azərbaycan hökuməti tərəfindən atılan bu addımı müsbət qiymətləndirib: “Hökumət əlindən gələni edir. Amma biz özümüz də əlimizdən gələni etməliyik. Cəmiyyət özünü qorumalıdır ki, çətin duruma düşməyək. Düzdür, hökumət bu qədər pul ayırıb. Lakin hər dayanacaqda, metroda spirt olmalıdır. Təbii ki, insanlar da maska taxmalıdır, çantalarında spirt gəzdirməlidirlər. Yerli televiziyalarda gördüm ki, bununla bağlı maarifləndirici çarxlar hazırlanır. Bu yaxşı addımdır. Məsələn, 1 saylı Kliniki Tibbi Mərkəzdə həkimlər özləri-özlərinə spirt, maska alırlar. Bax, bunlara baxılmalıdır. Biz hələ indiyə qədər bilmirik ki, Səhiyyə Nazirliyi nə edib? Görünən odur ki, bütün tədbirləri Nazirlər Kabineti həyata keçirir. Həkimlərin hamısı gərgin rejimdə işləyir. Düşünürəm ki, həkimlərə koronavirus vaxtı artıq pul verilməlidir. Məktəblərin bağlanması yaxşı addımdır. İcra Hakimiyyətinin yanında Fövqaladə Hallar komissiyası olmalıdır. Orada təcrübəli insanlar bu virusla bağlı müxtəlif təkliflər verə bilərlər. Beləliklə, bu bəlanın qarşısını ala bilərik”.
N.Cəfəroğlu bildirib ki, hökumətin gördüyü qabaqlayıcı tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçündür: “Bu tədbirlər, görülən işlər insanları qorumaq, vətəndaşın təhlükəsizliyini təmin etmək deməkdir. Hökumət bu yolla vətəndaşın təhlükəsizliyini təmin edir. Düşünürəm ki, görülən tədbirlər də qənaətbəxşdir. Amma vətəndaş da özünü qorumalıdır. Vətəndaşın da üzərinə böyük məsuliyyət düşür. Bu gün insanların üzərində olan məsuliyyət hökumətin üzərində olan məsuliyyətdən daha böyükür”. Dördpendirli pizza
Naibə Məmmədova
Telegram kanalımız