Hamilə və uşaqlı qadınlar oruc tuta bilər?   - Cavab

saytların hazırlanması

Evə çatdırılma

Hamilə və uşaqlı qadınlar oruc tuta bilər? - Cavab

Din

30 Aprel 2020 12:02 1692


Ramazan ayının gəlişi çoxsaylı sualların ortaya çıxmasına səbəb olub. Hazırda oxucularımızı ən çox maraqlandıran suallardan biri də belədir: qoca və yaşlılar, hamilə qadınlar, uşaqlı analar oruc tuta bilərmi?

Yenisabah.az İslam mənbələrinə istinadən xəbər verir ki, Allah Təala xəstə və yol üstündə (səfər) olanlara oruc tutmamaq icasə verdikən sonra belə buyurub:

“Oruc tutmağınız sizin üçün daha yaxşıdır. Əgər bilsəydiniz!”. (Bəqərə, 2/184) pizza sifarişi

Başqa bir Quran ayəsində də belə deyilir:

“Allah heç kəsə gücünün çatdığından artıq yük yükləməz”. (Bəqərə, 2/286)

Allah xəstə və səfərdə olanların oruc tutmaqlarının daha yaxşı olacağını bildirib. Buna görə də onların oruc tutacaq gücə malik olduqlarını başa düşmək olar. Bəqərə surəsinin 185-ci ayəsində bu icazənin səbəbi aşağıdakı kimi izah edilir:

“Allah sizin üçün asanlıq istəyir. Çətinlik istəmir”.

Oruc tutmağı mümkün olmayacaq səviyyədə zəif olanlar, istər qoca, istər xəstə, istərsə də başqa vəziyyətdə olanlar Allahın oruc tutmaqdan cavabdeh hesab etdiyi şəxslərdən olmurlar. Bu kimi şəxslər “oruc tutmaqlarının daha yaxşı” olduğu şəxslər kimi deyillər.

Muhəmməd peyğəmbərdən (s. a. v.) hamilə və əmzikli qadınlarla əlaqədar rəvayət olunan bir hədis onların bu vəziyyətdə sayıldığını göstərir:

Peyğəmbərimiz onları fidyə verməkdən də məsul hesab etməyib. Çünki ayədə (Bəqərə, 2/184) qeyd olunan fidyə oruc tuta bilənlərin Ramazan bayramında verməli olduqları fitrəni nəzərdə tutur. Halbuki həmin şəxslərin oruc tutmağa gücləri çatmır və fitrə verməkləri də lazım deyil.

Burada hamilə və əmzikli qadınlar məsələsini də aydınlaşdırmaq lazımdır. Çünki onların hamısı eyni deyil. Əgər oruc tutmaqları çətinlik törədəcəksə, ancaq özlərinə və ya körpələrinə aradan qaldırılması mümkün olmayan bir zərər toxunacaqsa, xəstə kimi qəbul olunurlar. Belə hallarda aşağıdakı hədisə əsasən hərəkət etmək lazımdır:

“Peyğəmbər özünə ziyan dəyəcəyindən qorxan hamilə qadına və körpəsinə zərər toxunacağından ehtiyat edən əmzikli qadına oruc tutmamaq icazəsi verib”. ((İbn Macə, Siyam,12. Ənəs ibn Malikin rəvayəti.))

Bu vəziyyətdə olan hamilə və əmzikli qadınlar yuxarıdakılardan fərqli olaraq tuta bilmədikləri orucu sonra tutmalıdırlar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!