Xəzər Universiteti bağlanır? - Hamlet İsaxanlıdan açıqlama -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Xəzər Universiteti bağlanır? - Hamlet İsaxanlıdan açıqlama - VİDEO

Sosial

08 Aprel 2026 16:12 1463


Sosial şəbəkələrdə Xəzər Universitetinin bağlanacağı ilə bağlı məlumatlar yayılıb. Lakin bu iddianın haradan qaynaqlandığı, nəyə əsaslandığı, ali məktəbin hası səbəblərdən bağlanacağı açıqlanmayıb.   

“Yeni Sabah” məsələyə aydınlıq gətirmək üçün Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı ilə əlaqə saxlayıb.

O, məsələyə belə münasibət bildirib: Pepperoni pizza

 “Xəbəriniz var ki, İngiltərəni, Fransanı, Harvardı, Sarbonu, Bakı Dövlət Universitetini, Azərbaycan Dövlət Neft və Sənaye Universitetini və Xəzər Universitetini bağlayırlar. Ayıb deyilmi buna görə durub mənə zəng vurursunuz? Sizə hansı axmaq adam bunu deyib ki, oturub araşdırırsınız?”.

Qeyd edək ki, Xəzər Universiteti 1991-ci il martın 18-də yaradılıb və Azərbaycanın ilk özəl və ingilisdilli ali təhsil müəssisəsi sayılır. 

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!