“Hansı 21 yaşlı gənc futbolçu Mahirdən daha yaxşıdır?” - Rəşad Sadıqov

saytların hazırlanması

Evə çatdırılma

“Hansı 21 yaşlı gənc futbolçu Mahirdən daha yaxşıdır?” - Rəşad Sadıqov

İdman

13 Mart 2019 15:22 1001


“Hansı 21 yaşlı gənc futbolçu Mahirdən daha yaxşıdır?” 

“Yeni Sabah” xəbər verir ki, bunu “Qarabağ”ın kaptanı Rəşad Sadıqov ATV telekanalında yayımlanan “Beşinci element” verilişində deyib. O, aparıcının “Belə bir şayiə gəzir ki, Mahir Mədətovu tapşırıqla irəli çəkirsiz. Niyə ətrafı belə düşünür?” sualını belə cavablandırıb:

“Mahir Mədətovun Azərbaycan futbolunun ən istedadlı oyunçularından biridir. Düşüncələrin çoxu yanlış olur. Bəli, Mahirin atdığı elə yanlış addımlar olub ki, bu azarkeşlərdə antipatiya yaradıb. Amma Mahir yox, kim? Kimin üzərində dayanaq? 7-8 il sonra Azərbaycan futbolunu çiyinlərində daşıyacaq, Mahirdən daha yaxşı 21 yaşında hansı gənc var? Əgər bu addımları İspaniyada və ya İtaliyada atmış olsaydı, normal qarşılanardı. Amma bizim azarkeşlər daha tələbkardır. Yerişinə, oyununa, hərəkətlərinə, şəxsi həyatına fikir verməlisən”. Toyuqlu pizza

Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!