Hansı abituriyentlər qabiliyyət imtahanı verməlidir?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Hansı abituriyentlər qabiliyyət imtahanı verməlidir? - AÇIQLAMA

Maraqlı

08 Avqust 2020 10:39 1198


“Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanında iştirak üçün qeydiyyatdan keçməli və qabiliyyət imtahanında iştirak etməlidirlər”. 

Yenisabah.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, digər ali təhsil müəssisələrinin Dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər xüsusi qabiliyyət imtahanları verməyəcəklər:

“Buna görə də qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyatdan keçmək tələb olunmur. Həmin abituriyentlər Dizayn ixtisası üzrə müsabiqəyə yalnız V qrup üzrə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) topladıqları yekun bal əsasında qatılacaqlar”. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!