Hansı avtobuslarda gedişhaqqı qalxıb? -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Hansı avtobuslarda gedişhaqqı qalxıb? - RƏSMİ

İqtisadiyyat

13 Mart 2026 17:39 1805


“Qiymət artımı elektrik mühərrikli və sıxılmış maye qazla (STQ) işləyən avtobusların olduğu marşurtlara aiddir”.

Bunu “Yeni Sabah”a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.

O bildirib ki, sözügedən kateqoriyaya aid olan marşurt xətlərində gediş haqqı 10 qəpik artıb: Dominos pizza

“Tarif dəyişikliyi yalnız nağdsız ödəniş sisteminin tətbiq edildiyi və müasir standartlara cavab verən avtobusların istismar edildiyi marşrutlarda həyata keçirilir. Müasir standartlar dedikdə elektrikli, sıxılmış təbii qazla (CNG) işləyən və 2025-ci il istehsalı olan dizel mühərrikli avtobuslar nəzərdə tutulur. Bakıda bu qayda yalnız elektrikli və CNG texnologiyası ilə işləyən avtobuslara şamil edilir”.

Qeyd edək ki, Bakı və paytaxtətrafı marşrut avtobuslarında yenilənmiş nağdsız gedişhaqqı tarifləri müəyyənləşib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!