İnsanlar arasında belə bir düşüncə var ki, yeni avtomobili aldıqda 1-2 il ərzində böyük dəyər itirir. İkinci əl maşınlar isə nisbətən daha az dəyər itirir. Buna görə belə yanaşma var ki, köhnə avtomobil almaq daha sərfəlidir. Bu yanaşma nə dərəcədə doğrudur?
Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev Valyuta.az-a açıqlamasında qeyd etdi ki, alıcı maşını almamışdan satmağı düşünür: “Avtosalonlarda alıcıların bir çoxunun maşına baxış keçirən zaman satıcıya verdiyi suallar maşın barəsində yox, maşından kənar olur. Məsələn, sual verirlər ki, bu maşını 2 il sonra satsam, qiyməti nə qədər düşəcək? Sözsüz ki, bu, başadüşülən haldır. Çünki bizim bazarda bir çox avtomobil markaları tam qəbul olunmur. Bu səbəbdən onların ehtiyat hissələri, təmir məsələlərində problemlər yarana bilir. Bu da insanları bu cür yeni maşınları alanda satmaqda çətinlik çəkirlər. Düşünür ki, baha qiymətə alacaq, sonra satmaq istəyəndə, ehtiyat hissəsi, təmir məsələləri ilə bağlı problem olduğu üçün alıcısı o qədər də olmayacaq, bu zaman da ucuza satmalı olacaq”.
Müsahibin fikrincə, yeni avtomobil sahibini əlavə xərc və vaxt itkisindən azad edir: “Bəlli məsələdir ki, yeni avtomobil ilə ikinci əl avtomobil arasında qiymət fərqi olur. Müasir dünyamız o qədər dinamik olub ki, indi hər dəqiqənin dəyəri, qiyməti var. Bu halı nəzərə alsaq, ikinci əl avtomobillər bizi çox vaxt sıradan çıxması ilə yolumuzu servislərə salır. Yekun nəticədə isə həm vaxtımız gedir, həm də pulumuz. Sonda ümumi xərcləri hesabladıqda əksər hallarda köhnə avtomobillər bizə elə yeni qiymətinə başa gəlir. Nəzərə alaq ki, yeni avtomobillər zəmanətli olduğu üçün bizi əlavə xərclərdən azad edir və yeni olduğu üçün ən azı 3 il əlavə xərclər tələb etmir”. Marqarita pizza
E.Əliyev bildirdi ki, yaxşı vəziyətdə olan maşın ikinci əl olsa belə, qiyməti baha olur: “Ümumi götürsək, yaxşı baxılmış maşının, 2-ci əl olsa belə, hər zaman dəyəri var. Yaxşı baxılmış, kilometrajı az olan maşın 2-ci əl olsa belə, yaxşı qiymətə satılacaq. Sözsüz ki, bu maşın yeninin qiymətinə satıla bilməz”.
Müsahib ikinci əl maşın almaq istəyənlərə tövsiyələrini verdi: “İkinci əl avtomobil alan şəxslər yaxşı olar ki, buraxılış ili maksimum yeni olanları alsınlar və mütləq şəkildə həmin markanın servis mərkəzində avtomobili diaqnostika etdirsinlər. Çalışsınlar, tanıyıb bildikləri insanlardan və ya rəsmi dilerlərdən maşın alsınlar. Rəsmi dilerdə satılan 2-ci əl maşınlar servisdə qulluq edilmiş olur. Hər zaman servisdə qulluq olunan maşınla servisdən kənarda qulluq olunan maşına arasında fərq böyükdür”.
Telegram kanalımız