“Hansısa ağıldan kəmlərin Azərbaycanın siyasətini tənqid etməsi...”

saytların hazırlanması

Evə çatdırılma

“Hansısa ağıldan kəmlərin Azərbaycanın siyasətini tənqid etməsi...”

Siyasət

28 Mart 2022 12:37 2393


“Planetimizdə 2-3 yaramaz diktator var və onların içərisində ən təhlükəlisi bizim payımıza düşüb. Çünkü o bizim qonşumuzdur”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycanın eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, Putinin çox böyük ərazisi, əhalisi və nüvə silahı var:

“1947-ci ildən camaatını ac yalavac saxlayaraq pullarını nüvə potensialını artırmağa xərcləyən bu əcaib ölkənin başında əcaib paranoik, təkəbbürlü KQB podpolkovniki durub və hamını hədələyir.  Dördpendirli pizza

Bu adamın siyasətini dəstəkləyən yer kürəsində kiçik ölkə belə yoxdur. Ən yaxın silahdaşı hesab etdiyi Belarus diktatoru Lukaşenko fürsət tapsa bıçağı kürəyindən soxar. 

Çin bu adamın dəli olduğunu anlayır və ondan əsl rəqibləri olan Avropa və ABŞ-a qarşı müqəvva kimi istifadə etməyə üstünlük verir. Bu təhlükəli şəxs Çinin Sibiri ələ keçirmək strateji planının həyata keçirilməsini tezləşdirə bilər.

Bu adam qonşuları üçün çox böyük təhlükə yarada biləcək, şəhərlərini viran edə biləcək birisidir. Hansısa ağıldan kəmlərin Azərbaycanın siyasətini tənqid etməsi qeyri-ciddidir. 

Rusiyanın əlində kozir olan kinjal raketləri Xəzər dənizindədir. Əgər Qarabağ torpaqları ilə əlaqədar müvəffəq olmaq istəyiriksə, gözləməyi bacarmalı və Rusiya ilə dil tapmağa cəhd etməliyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!