“Tarixçi alim və ictimai fəal Altay Göyüşov 12-13 sentyabrda Ermənistan tərəfdən Azərbaycanla sərhəddəki bizim ərazimizə təxribat həmləsi və Azərbaycan ordusunun bu təxribata qarşı haqlı sərt cavabına çox qəribə, antivətən mövqeli bir münasibət bildirib”.
“Yeni Sabah” xəbər verir ki, bu bəyanatla İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay çıxış edib.
O, xatırladıb ki, A. Göyüşov “Şəxsən mənə İrəvan, Zəngəzur filan lazım deyil və Ermənistana qarşı gecəki təcavüzü birmənalı olaraq pisləyirəm” deyə fikrini ifadə edib. Pepperoni pizza
İ. Altay sual edib ki, öz ölkənin işğalçı erməni düşmənin həmləsinə qarşı çarpışdığı çətin, 50 şəhid verdiyi ağır anı, onu müdafiə edən vətən ordusunu təcavüzkar kimi adlandırmaq, bəyan etmək nə deməkdir?
“Harda görünüb, öz vətəninə qarşı bu cür xəstə təfəkkür? Heç erməni alimi öz ölkəsi, ordusuna qarşı bunu edərmi?
Lap, tutaq ki, ölkəndə səni hansısa məmurlar incidib, haqsızlıq edilib və ölkədən çıxıb xaricə getmisən sərbəst söz, fikir demək, ya cürbəcür etiraz bildirmək məkanına.
Konkret sərt cavabını konkret tərəfə yönəlt də. Bunun vətənə, orduya nə aidiyyəti? Hikkə-hirs və acığını öz, vətəninə, xalqına, dövlətinə qarşı yönəltmək, nə dərəcədə normal insani hissdir?
Qətiyyətlə qınayıram belə rəzil mövqeni və hər bir halda, ümummilli mənafeni bütün şəxsi, ya korporativ maraqlardan öndə tutmağı vacib sanıram”.
Telegram kanalımız