Hava ilə bağlı XƏBƏRDARLIQ:   QAR YAĞACAQ

saytların hazırlanması

Evə çatdırılma

Hava ilə bağlı XƏBƏRDARLIQ: QAR YAĞACAQ

Sosial

28 Yanvar 2026 10:55 1492


Meteoroloji proqnozlara əsasən, bu gün ölkənin bir sıra bölgələrində intensiv yağıntıların müşahidə ediləcəyi, bəzi ərazilərdə qar yağacağı gözlənilir. Qeyd olunan əlverişsiz hava şəraiti yollarda sürüşmə ehtimalını artıra, hərəkəti əhəmiyyətli dərəcədə çətinləşdirə bilər.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) gözlənilən hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciətində bildirilib.

BDYPİ gözlənilən hava şəraitini nəzərə alaraq, sürücü və piyadaları diqqətli və ehtiyatlı olmağa çağırıb: Sezar pizza

“Unutmayaq ki, hərəkət zamanı sürət həddi yol və hava şəraitinə uyğun seçilməli, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsizlik üçün yetərli qədər ara məsafəsi saxlanılmalıdır. Kəskin manevrlər, təhkükəli ötmə əməliyyatları aparmaq yolverilməzdir. Eyni zamanda, avtomobillərin texniki vəziyyətinə, xüsusilə təkərlərin mövsümə uyğun şinlərlə təchizatına, əyləc və işıq sistemlərinin sazlığına diqqət yetirilməlidir. Unutmayaq ki, hava şəraitindən asılı olmayaraq, yol hərəkəti təhlükəsizliyi hər birimizin birbaşa məsuliyyətidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!