Hava kəskin dəyişir: Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Hava kəskin dəyişir: Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Sosial

12 Sentyabr 2024 08:39 5721


Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz kecəçəcəyi gözlənilir. 

Yenisabah.az xəbər verir ki, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 758 civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.  Pepperoni pizza

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 17-22° isti, gündüz 29-34° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!