Hava kəskin dəyişir: Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Hava kəskin dəyişir: Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Sosial

12 Avqust 2024 13:04 852


Avqustun 13-də Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. 

Bu barədə “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.  Marqarita pizza

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 755 mm-dən 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-33° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!