“Hava şəraitinin ölkə ərazisində bu cür qeyri-sabit keçməsi şimal-qərbdən ölkə ərazisinə daxil olan soyuq hava kütlələri ilə əlaqədardır. Bunun nəticəsində hava yağıntılı, dağlıq ərazilərdə, bəzi yerlərdə qarla müşahidə olunub”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib. O bildirib ki, bəzi yerlərdə yağıntı intensivləşib:
“Bu əsasən, şimal və qərbdən soyuq hava kütlələrinin daxil olması ilə bağlıdır. Ölkə ərazisində qeyri-sabit hava şəraiti aprelin 25-i gündüzədək davam edəcək. pizza hut
Müxtəlif illərdə aprel ayında bu cür hava şəraiti müşahidə olunub. Dağlıq ərazilərdə qar yağıb. İlk dəfə deyil”.
Əsmər Qabil
Telegram kanalımız