Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi

Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi

Sosial Veb saytların hazırlanması

25 Yanvar 2019 20:21 888


Ekologiya və Təbii Sərvətlər NazirliyiAzərbaycanda güclü küləyin əsəcəyi ilə bağlı xəbərdarlıq yayıb. 

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən "Yeni Sabah" a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 27-də cənub-qərb küləyinin 15-18, arabir 20-25 m/s, yanvarın 28-i günün ikinci yarısından 29-u axşamadək isə şimal-qərb küləyinin 15-20 m/s olacağı, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında isə yanvarın 28-i gündüz, 29-da bəzi rayonlarda havanın arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir. Yanvarın 27-29-da qərb küləyinin bəzi rayonlarda arabir 9-14 m/s, bəzi Kür vadisi rayonlarında arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!