“Havadan əsl müharibə qoxusu gəlir”

saytların hazırlanması

Evə çatdırılma

“Havadan əsl müharibə qoxusu gəlir”

Siyasət

10 Sentyabr 2023 09:22 9048


“Ermənistanla Azərbaycan arasında şərti sərhəddə eskalasiya daha da güclənir və bu, İrəvanı sülh müqaviləsinə məcbur etmək prosesinin həlledici mərhələyə qədəm qoyduğunu göstərir”.

“Yeni Sabah” xəbər verir ki, bunu ABŞ-da yaşayan siyasi təhlilçi Ramiz Yunus bildirib.

Onun sözlərinə görə, rəsmi Bakı artıq gözləmək niyyətində deyil: “Ermənistanın qanunsuz silahlı birləşmələrinin Qarabağ ərazisindən dərhal çıxarılmasını və Ağdam-Xankəndi yolunun açılmasını tələb edir ki, bu da vəziyyətin bir qədər gərginləşməsinə və tərəfləri danışıqlar masasına qaytarmağa kömək edəcək”. Marqarita pizza

Təhlilçi vurğulayır ki, yenə havadan əsl müharibə qoxusu gəlir: “Çaşqınlıq və təlaşın hökm sürdüyü Ermənistan cəmiyyətindən fərqli olaraq, Azərbaycan cəmiyyəti İkinci Qarabağ müharibəsi zamanı olduğu kimi monolitdir və hökumətdən başladığı işi başa çatdırmağı tələb edir. 27 sentyabr 2020-ci ildə başlayan Qarabağdakı erməni separatizmin məhv edilməsi prosesi birdəfəlik başa çatmalı və Azərbaycan Konstitusiyası bütün ölkə ərazisində tam bərpa edilməlidir. Şərqdə deyirlər: "Vacib olan qazanmaq həvəsi deyil - hamıda var. Əsas qalib gəlmək iradəsi və hazırlığın olmasıdır". Bunu Azərbaycan inamla nümayiş etdirir və bütün cəmiyyətin Qarabağ məsələsində həmrəy olduğu aydındır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!