“Hazırda ərazilərimizdə ağaclar əvəzinə minalar var“   - Hikmət Hacıyev

saytların hazırlanması

Evə çatdırılma

“Hazırda ərazilərimizdə ağaclar əvəzinə minalar var“ - Hikmət Hacıyev

Siyasət

01 Aprel 2022 10:34 351


Minalar, müharibənin partlamamış hərbi qalıqları münaqişələr bitdikdən sonra on illiklər boyu sülhə, inkişafa böyük əngəl törədir.

Yenisabah.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 1-də Bakıda keçirilən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə “Humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri” mövzusunda konfransda çıxışı zamanı söyləyib.

“Münaqişədən sonrakı dövrdə minaların təmizlənməsi önəmli problem olaraq qalır. Azərbaycan əraziləri işğaldan azad olunandan sonra minalardan və partlamamış hərbi sursatlardan çirklənmə baxımından dünyada ən yüksək yerlərdən birini tutur. Hazırda ərazilərimizdə ağaclar əvəzinə minalar var. Əlbəttə ki, Azərbaycan hökuməti bunun əksini edəcək”, - deyə Hikmət Hacıyev vurğulayıb.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!