HDP də Kılıçdaroğlunu dəstəklədi - Namizəd çıxarmayacaqlar

saytların hazırlanması

Evə çatdırılma

HDP də Kılıçdaroğlunu dəstəklədi - Namizəd çıxarmayacaqlar

Siyasət

07 Mart 2023 10:09 842


Türkiyənin müxalif Xalqların Demokratik Partiyası (HDP) Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, "Millət İttifaqı"nın vahid namizədi Kemal Kılıçdaroğlunu seçkilərdə dəstəkləyəcəklərini açıqlayıb. 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partiyanın həmsədri Mithat Sancar bu barədə danışıb.

"Cənab Kılıçdaroğlunun namizədliyi xeyirli olsun. Qərargahımızda bu məsələləri müzakirə etmək üçün onun ziyarətini gözləyirik", - deyə Sancar söyləyib. O, partiyanın başqa namizəd çıxarmayacağını da əlavə edib. Dominos pizza

Bundan sonra hazırda həbsdə olan sabiq HDP həmsədri Selahettin Demirtaş da tviter səhifəsində M.Sancarın açıqlamasını paylaşıb.

"Xeyirli olsun. Onu HDP qərargahına gözləyirik", - deyə başlıq yazıb və dəstəyini ifadə edib.

Qeyd edək ki, 6 mart tarixində "Millət İttifaqı"nın toplantısından sonra Kemal Kılıçdaroğlu vahid namizəd elan olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!