HDP-nin də üzvü olduğu ittifaq Kılıçdaroğlunu dəstəklədi

saytların hazırlanması

Evə çatdırılma

HDP-nin də üzvü olduğu ittifaq Kılıçdaroğlunu dəstəklədi

Siyasət

28 Aprel 2023 14:52 663


Türkiyədə müxalifətin "Əmək və Azadlıq İttifaqı" 14 mayda keçiriləcək prezident seçkilərində hansı namizədi dəstəkləyəcəyini rəsmi şəkildə açıqlayıb. 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ittifaqın rəsmi qərarı elan olunub. 

Qərar ittifaqın ortaq bəyanatı şəklində ictimaiyyətə açıqlanıb. Qərara əsasən, "Əmək və Azadlıq İttifaqı" "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğlunu dəstəkləyəcək.  Dominos pizza

“Bu tarixi seçkidə xalqı parlament seçkilərində "Əmək və Azadlıq İttifaqı"na, prezident seçkilərində isə Kemal Kılıçdaroğluya səs verməyə çağırırıq", - deyə ortaq bəyanatda bildirilib. 

Qeyd edək ki, "Əmək və Azadlıq İttifaqı"na Xalqların Demokratik Partiyası (HDP), Türkiyə Fəhlə Partiyası (TİP), Əmək Partiyası (EMEP), Əməkçi Hərəkat Partiyası (EHP), İctimai Azadlıq Partiyası (TÖP), Yaşıllar və Sol Gələcək Partiyası (YSP) və Sosialist Məclislər Federasiyası (SMF) daxildir. Bu ittifaq parlament seçkilərinə iki proporsional siyahı ilə (TİP-in müstəqil siyahısı, digər bütün siyasi qüvvələrin birgə YSP siyahısı) qatılsa da, prezidentliyə namizəd çıxarmamışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!