Həbib Nurməhəmmədova cəza verildi - 500 min cərimə

saytların hazırlanması

Evə çatdırılma

Həbib Nurməhəmmədova cəza verildi - 500 min cərimə

İdman

30 Yanvar 2019 12:29 1150


ABŞ-ın Nevada ştatının Atletika Komissiyası (NSAC) yüngül çəkidə çıxış edən rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovu və irlandiyalı Konor Makqreqoru cəzalandırıb.

“Yeni Sabah” xəbər verir ki, buna səbəb Las-Veqasda keçirilən UFC 229 turnirində Həbib Nurməhəmmədovun irlandiyalı Konor Makqreqorla titul döyüşündən sonra dava salmasıdır. Qərara əsasən Həbib 9 ay, Konor Makqreqor isə 5 ay müddətində idman yarışlarında iştirakdan məhrum edilib. Bundan əlavə, Həbib 500 min dollar, Konor isə 50 min dollar məbləğində cərimə olunub.

Xatırladaq ki, iki idmançı arasında döyüş oktyabrın 6-da olub. Həbib Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub. Döyüşdən sonra zalda qalmaqal baş verib. İrlandiyalı idmançının tərəfdarlarından birinin zaldan Həbibə söz atmasından sonra rusiyalı samboçu rinqi tərk edərək azarkeşlə əlbəyaxa olub. Eyni zamanda rinqdə rusiyalının mühafizəçilərindən biri ilə Makqreqor arasında əlbəyaxa dava baş verib. Dördpendirli pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!