Həbibin papaqları hərracda satılacaq

saytların hazırlanması

Evə çatdırılma

Həbibin papaqları hərracda satılacaq

İdman

22 Noyabr 2025 17:10 895


Keçmiş yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun məşhur papaqları teleqram platformasında hərracda satışa çıxarılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə messencerin qurucusu Pavel Durov məlumat yayıb.

“Həbibin əfsanəvi papaqları ənənələri, azadlığı və hörməti simvolizə edən kolleksiya nümunələridir. Məğlubedilməz çempionun özü deyir: “Bəzi hədiyyələr təkcə dəyər daşımır, həm də mənaya malikdir”, - o qeyd edib. Sezar pizza

Xatırladaq ki, Nurməhəmmədov son dəfə 2020-ci ilin oktyabrında oktaqona çıxmış, ikinci raundda boğucu fəndlə Castin Qeycini məğlub etmişdi. Onun MMA karyerasındakı nəticəsi isə 29-0-lıq məğlubiyyətsiz rekordla yadda qalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!