Həbs edilən müdirin gözqamaşdıran mülkləri: Qubada 4 villa, Bakıda 3 ev,  “Jeep...”

saytların hazırlanması

Evə çatdırılma

Həbs edilən müdirin gözqamaşdıran mülkləri: Qubada 4 villa, Bakıda 3 ev, “Jeep...”

Sosial

22 Yanvar 2024 13:05 26176


Ötən həftə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyevin bütün mülkləri satışa çıxarılıb. 

Yenisabah.az “7Times.az”a istinadən xəbər verir ki, R.Haciyevin Quba rayonu ərazisində yerləşən 4 dəbdəbəli villası, həmçinin onun Bakı şəhərinin Yasamal və Xırdalan rayonları ərazisində yerləşən daha 3 yaşayış mənzili satışa çıxarılıb. Mülklərin ümumi qiymətinin 2 milyon manat civarında olduğu bildirilir.

Eyni zamanda Rüfət Haciyevin Quba rayonunun Qəçrəş kəndi ərazisində yerləşən daha bir dəbdəbəli villası da satışa çıxarılıb. Qeyd edək ki, həmin villanı R.Haciyev yüksək çinli bir dövlət məmuruna müvəqqəti məskunlaşmaq üçün vermişdi. Dünən həmin yüksək vəzifəli məmur mənzili boşaldaraq ailəsinə təhvil verib.  Dominos pizza

Qeyd edək ki, R.Haciyevin Quba şəhəri ərazisində mövcud olan daha bir yarımtikili iaşə obyekti də satışa çıxarılıb. Həmin obyektin qiymətinin 200 min manat civarında olduğu bildirilir. 

Qeyd edək ki, sadaladığımız bütün bu mülklərə və eyni zamanda şəxsi istifadəsində olan və qiyməti 70.000 AZN olan “JEEP Grand Cherokee”markalı avtomabilinə o, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışdığı müddət ərzində sahiblənib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Sevinc
    Buu qederr pulu buuu tehsilinn harasindan cixardibbb???????????????GOR ONDA TEHSIL NAZIRININ NELERI VAREEE????????????
    2 years ago
  • Mais m.
    Bəs bu vaxta qədər əlaqədər təşkilatlar hara baxıblar ki, bu belə hoqqalardan çıxıb?.. Yəqin bordağa kələ kimi bağlayıblar ki, kökəlsin.. sonra tutub "qəssab"a verərik kəsər...
    2 years ago
  • Li chu Yong sin Vang
    Allah əncam çəksin belə acgöz, vicdansız, qanı mundar məmurlara. Xalq bunlarla bacarmır, çarə odur ki, əlimizi Allaha qaldıraq, Ay Allah, 3 günün içində bunlara əncam çək!
    2 years ago
  • Aləmşah bəyim
    Gənc adamda bu mal mülk hərisliyi...
    2 years ago
  • Aftandil
    Öyrənməli işlər bu müəllimdə imiş.
    2 years ago
  • Orxan
    Nahag yere pul yigilmir ki mektebde usaglardan gah test pulu gah temir pulu hamisin Dovlet odeyir bunlar istifade edib villa alirlqr alcag ele usagda doyurler gudurmuslar.Bizdede Xacmaz rayonu 9 sayli mektebdede bele pul yigmalar gedir her halda butun mekteblerde beledir
    2 years ago