Dünən Sankt-Peterburqda həbs edilən "Qazprom"un törəmə müəssisəsinin baş direktorunun müşaviri Raul Araşukov və onun Moskvada həbs edilən oğlu, Qaraçay-Çərkəz Respublikasından olan senator Rauf Araşukovun evində aparılan ilkin axtarışın nəticələri məlum olub.
"Yeni Sabah" xəbər verir ki, mütəşəkkil cinayətkarlıqda təqsirləndirilən ata-oğulun Şimali Qafqaz Federal Dairəsində yerləşən 4 mülkündə axtarış aparılıb.
Təkcə mülklərin birindən 50 kiloqramdan artıq zərgərlik məmulatı aşkarlanıb. Həmçinin çoxlu qızıl külçələr, dollar, avro və rublda olan külli miqdarda nağd pul, o cümlədən müxtəlif silahlar protokollaşdırılaraq müsadirə edilib. pizza mizza
Yaxın zamanlarda müsadirə edilmiş bütün sərvətin Moskvaya çatdırılacağı, burada istintaqı aparılan cinayət işinə əlavə ediləcəyi bildirilib.
Teleqraf.com
Telegram kanalımız