Həbsdə olan İlhamə Elşadqızından   YENİ XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Həbsdə olan İlhamə Elşadqızından YENİ XƏBƏR

Kriminal

11 Fevral 2026 19:24 804


Sosial şəbəkələrdə özünü şairə kimi təqdim edən və barəsində cinayət məcəlləsinin 234.1.1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham edilərək barəsində hökm çıxarılan İlhamə Elşadqızı birinci instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verib.

"Yeni Sabah" xəbər verir ki, kassasiya şikayətinə Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə baxılacaq.

Məhkəmənin ilk hazırlıq iclası fevralın 20-də keçiriləcək. Toyuqlu pizza

Qeyd edək ki, İlhamə Elşadqızı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə yekun prosesdə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Birinci instansiyanın qərarından apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlamışdı.

Xatırladaq ki, İlhamə Elşadqızı "TikTok" əməliyyatları çərçivəsində saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib. O, aparıcı Azər Zahid tərəfindən "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!