Həbsdə olan iranlı rejissor yeni mükafat aldı

saytların hazırlanması

Evə çatdırılma

Həbsdə olan iranlı rejissor yeni mükafat aldı

Mədəniyyət

03 Dekabr 2025 12:19 842


İranlı dissident rejissor Cəfər Pənahi "Gotham Awards" mükafatlarının qalibi olub.

"Yeni Sabah" xəbər verir ki, Nyu-Yorkda baş tutan mərasimdə o, 3 mükafata layiq görülüb: rejissorluq, orijinal ssenari və ən yaxşı beynəlxalq film (“Sıradan bir qəza”).

Elə həmin gün səhər saatlarında İran məhkəməsinin ona 1 il həbs və 2 il səfər qadağası kəsdiyi açıqlanıb. pizza sifarişi

Pənahi hələ film üzərində iş başlamazdan əvvəl həbs edilib və yalnız aclıq aksiyasından sonra sərbəst buraxılıb. 2010-cu ildən qüvvədə olan peşəsinə və səyahət qadağasına baxmayaraq, film çəkməyə davam edib. May ayında onun yeni filmi Kannda "Qızıl Palma budağı" qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!