Həbsdə olan məşhur bəstəkar Tural Bayraməliyev azadlığa buraxılıb.
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, bəstəkar ona təyin olunmuş həbs müddətinin başa çatması ilə əlaqədar azad edilib.
Tural Bayraməliyev 2018-ci ildə Dövlət Gömrük Komitəsinin sabiq rəisi Aydın Əliyevin baldızı sabiq gömrük xidməti polkovniki Salehli Şədiyyə Arif qızı tərəfindən “külli miqdarda dələduzluq” etməkdə ittiham olunmuşdu. pizza mizza
Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən, Ş.Salehlinin şikayəti əsasında T. Bayraməliyevə Cinayət Məcəlləsinin 178-ci maddəsinin müvafiq bəndi ilə cinayət işi açılıb. Nəticədə məhkəmə qərarı ilə bəstəkara 8 il həbs cəzası verilmişdi. O, cəzasını 13 saylı Cəza Çəkmə Müəssisəsində çəkib.
Məhkəmənin çıxardığı hökmlə barışmayan Tural Bayraməliyev həbsxanada olduğu dövrdə yaxınları vasitəsi ilə dəfələrlə mətbuata şikayət yazıları göndərmişdi.
Bəstəkar müxtəlif vaxtlarda bir sıra şou-biznes nümayəndələrinə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müxtəlif məzmunlu ismarıclar ünvanlayıb.
***
“Yeni Sabah”la əlaqə saxlayan T. Bayraməliyev bildirib ki, o Milli Məclis tərəfindən qəbul olunan Amnistiya aktı nəticəsində azadlığa çıxıb. O, qeyd edib ki, həbs müddətinin başa çatmasına bir neçə ay qalmışdı:
“Bu amnistiya təşəbbüsünə görə ölkə rəhbərliyinə, şəxsən Prezident İlham Əliyevə təşəkkür edirəm. Akt nəticəsində minlərlə insanın həyatında dəyişiklik yarandı, minlərlə evdə, ailədə bu aktın təsiri oldu. Bu humanist təşəbbüsü həyata keçirən hər kəsə minnətdaram
Bundan sonra mən yaradıcılığımla məşğul olacağam. Artıq hər şey, neqativ məsələlər keçmişdə qaldı.”.
Nazim Hacıyev
Telegram kanalımız