Həbsdə olan sabiqlərin əmlakı: Məhkəmə bir hissəni qaytardı

saytların hazırlanması

Evə çatdırılma

Həbsdə olan sabiqlərin əmlakı: Məhkəmə bir hissəni qaytardı

Kriminal

23 Oktyabr 2024 11:43 1093


Kürdəmirin həbsdə olan sabiq icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovla bağlı verilən şikayətlər təmin edilib.

Yenisabah.az report-a istinadla xəbər verir ki, onların arvadlarının şikayəti əsasında müsadirə edilmiş əmlaklarının yarısı geri qaytarılıb.

Həmin şəxslərin ailə üzvləri sözügedən əmlakların geri qaytarılması ilə bağlı kassasiya şikayəti vermişdilər. Bu ilin avqust ayında Ali Məhkəmə şikayəti qismət təmin edərək apellyasiya instansiya məhkəməsinə göndərmişdi. Sezar pizza

Xatırladaq ki, sabiq icra başçısı və sözügedən vəzifəli şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2020-ci ilin avqust ayında keçirdiyi əməliyyatla həbs olunublar.

İcra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov 8 il 6 ay, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il üç ay, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqov 4 il, Mənzil İstismar Sahəsinin rəisi Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib. Kommunal Müəssisələr Kombinatının direktoru Məhəmmədəli Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması şərti ilə 2 min manat cərimə olunub.

Sonradan Şirvan Apellyasiya Məhkəməsi hökmü dəyişib.

Qərara əsasən, Ceyhun Cəfərovun cəzası 6 ilə endirilib.

Bundan başqa, sabiq icra başçısı ilə birgə tutulan İH başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovun cəzası 5 il 10 aya, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynovun cəzası 5 il 6 aya, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqovun cəzası isə 2 ilə endirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!