Həbsdə olan Teylor Fətişoğlunun oğlu da saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Həbsdə olan Teylor Fətişoğlunun oğlu da saxlanıldı

Kriminal

27 Sentyabr 2024 11:33 705


Hazırda həbsdə olan Teylor İbrahimovun (Fətişoğlu) oğlu Ayxan İbrahimli həbs edilib.

Yenisabah.az qafqazinfo-ya istinadən xəbər verir ki, A.İbrahimli ötən gecə paytaxtın Xətai rayonu ərazisində Bilal Əzizov adlı şəxsi bıçaqlamaqda şübhəli bilinir.

İlkin məlumata görə, hadisə münaqişə zəminində baş verib. O, tanışına bıçaqla 2 zərbə endirib. Ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılıb. Dördpendirli pizza

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb. A.İbrahimli saxlanılıb.

Xatırladaq ki, sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi kimi işləmiş Teylor Fətişoğlu ötən il həbs edilib. Əvvəllər də məhkumluğu olan jurnalist dələduzluqda təqsirli bilinib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!