Həbsdən çıxan Gözəl Bayramlıdan ilk açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Həbsdən çıxan Gözəl Bayramlıdan ilk açıqlama

Siyasət

17 Mart 2019 17:35 1299


Prezident İlham Əliyevin dünən imzaladığı əfv sərəncamı ilə 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan AXCP sədrinin müavini Gözəl Bayramlı mediaya açıqlama verib. 

G.Bayramlı onun azadlığa buraxılması üçün dəstək göstərən bütün şəxslərə təşəkkür edib. O, əfv olunacağını gözləmirmiş: “Mən müraciət etməmişdim, ona görə də əfv olunacağımı gözləmirdim. Bu səbəbdən də mənə verilən 3 illik cəzanı çəkməyə hazır idim”.

G.Bayramlı bildirib ki, həbsdə olduğu müddətdə səhhətində bəzi problemlər yaranıb, amma özünü yaxşı hiss edir. AXCP sədrinin müavini Azərbaycanda siyasi məhbus probleminin kökündən həll olunmasının vacibliyini bildirib. Onun sözlərinə görə, dövlət başçısı belə bir addım atıbsa, bunun ardı gəlməlidir.  Pepperoni pizza

“Qadının yeri cəzaçəkmə müəssisəsi deyil” deyən G.Bayramlı Xətai rayonundakı 4 saylı cəzaçəkmə müəssisəsindən 25 nəfər qadının azadlığa buraxılmasına çox sevindiyini deyib.

G.Bayramlı 2018-ci ilin yanvarında Qazax rayon məhkəməsi tərəfindən qaçaqmalçılıqda təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Unikal.org

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!