Həbsdən çıxan şəxs 60 yaşlı dayısını öldürməkdə şübhəli bilinir - Video

saytların hazırlanması

Evə çatdırılma

Həbsdən çıxan şəxs 60 yaşlı dayısını öldürməkdə şübhəli bilinir - Video

Kriminal

20 Avqust 2025 21:59 583


Xətai rayonu, 8 Noyabr küçəsində baş verən qətl hadisəsi ilə bağlı yeni detallar məlum olub.

Məlumata görə, 32 yaşlı Rəhim Qasımov dayısı, 60 yaşlı Firdovsi Həsənovun evinə gəlib. Bu zaman dayı ilə bacısı oğlu arasında mübahisə yaranıb. Mübahisə zamanı R.Qasımov kəsici alətlə dayısına xəsarət yetirib.

F.Həsənov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Dördpendirli pizza

Qonşuların sözlərinə görə, mərhum bacısı oğlunu çox istəyirmiş.

"Rəhim cinayətə görə həbsdə idi, bu yaxınlarda azadlığa çıxmışdı. Azadlığa çıxan kimi dayısını öldürdü. Mərhum TIR sürücüsü idi", - deyə qonşulardan biri bildirib.

Hadisədən sonra polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Rəhim Qasımov saxlanılıb.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!