“Həbslər davam edəcək“ - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Həbslər davam edəcək“ - Deputat

Siyasət

20 İyul 2022 13:54 1325


“Ölkədə həyata keçirilən islahatlar paketinin ən mühüm maddəsi məhz korrupsiya ilə mübarizədir. Dəfələrlə məmurların diqqətinə çatdırılıb ki, onların heç bir imtiyazları yoxdur, işləri ancaq xalqa və dövlətə xidmətdən ibarət olmalıdır". 

Bunu Bakupost.az -a millət vəkili Asim Mollazadə deyib.

O, bildirib ki, kimliyindən asılı olmayaraq korrupsiyaya qurşananlar həbs cəzasından yayına bilməyəcəklər: Dominos pizza

"İstənilən cinayət açılacaq, cinayətkarlar tapılacaq və onlar törətdikləri cinayətlərə görə cavab verəcəklər. Düşünürəm ki, sistemli araşdırmalar, korrupsiya ilə mübarizə Azərbaycanın bir dövlət kimi güclənməyinə, xalqın rifahına xidmət edir. Əminəm ki, bu proses davam edəcək. Qanunları pozan, kimliyindən asılı olmayaraq, korrupsiyaya qurşananlar həbsdən yayına bilməyəcəklər”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!