Heç 12-ci İmam olan şəxs toyda sintezator çalar? - Video

saytların hazırlanması

Evə çatdırılma

Heç 12-ci İmam olan şəxs toyda sintezator çalar? - Video

Hadisə

25 Avqust 2021 09:09 9251


İyunun əvvəlində hüquq-mühafizə orqanlarına müraciət edərək Bakıda soyğunçuluğa məruz qaldığını, evindən 9 milyon manat pul, küllü miqdaqda qızıl-zinnət əşyaları aparıldığını deyən sahibkar Aqil Babayevin özü həbs edilib.

“Yeni Sabah” xəbər verir ki, Aqil Babayev avqustun 4-də həbs edilsə də, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi avqustun 24-də onun həbsi ilə bağlı birgə məlumat yayıblar. Həmin məlumatda deyilir ki, Aqil Babayev özünü zühur etmiş 12-ci İmam Mehdi kimi təqdim edib, onlarla insanı aldadıb. Onun haqqında Nərimanov Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib. 

Aqil Babayevin yaxınları bu məsələyə etirazlarını bildirirlər. Onlar Meydan TV-yə açıqlamasında bildiriblər ki, bu, Aqilin dostları tərəfindən qurulmuş tələdir. Onlar imam iddiasının saxta olduğunu deyirlər. Sahibkarın yaxınları etirazlarını bildirmək üçün müraciət etdikləri qurumların heç birinin işə baxmadığını deyirlər. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!