“Heç kim bizi qorxuda bilməz”  - Ərdoğan

“Heç kim bizi qorxuda bilməz” - Ərdoğan

Siyasət

04 Dekabr 2022 13:12 570


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub sərhədləri boyunca yaratdıqları təhlükəsizlik zolağının mütləq tamamlanacağını və terror dəhlizinin yaradılmasına imkan verməyəcəklərini bildirib.

Yenisabah.az xəbər verir ki, Prezident Ərdoğan Şanlıurfada təşkil edilən açılış mərasimində terrorla mübarizə məsələsinə də toxunub.

"Türkiyə sərhədlərindən kənarda yetişdirdikləri terror təşkilatı hər fürsətdə ölkəmizə hücum edir. Bu gün öz siyasi, iqtisadi və hərbi baxışlarını müəyyən edən, bölgədə və dünyada söz sahibi olan Türkiyə var. Cənub sərhədlərimizdə qurduğumuz 30 kilometrlik təhlükəsizlik zolağını mütləq tamamlayacağıq. Heç kim təhlükəsizliyimizi təhdid edə bilməz, biz buna imkan verməyəcəyik”, - Türkiyə lideri çıxışında deyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!