Xalq artisti Brilliant Dadaşova İnstaqram hesabında yeni video paylaşıb.
"Yeni Sabah" xəbər verir ki, o, videosuna yazdığı şərhlə diqqət çəkib.
Sənətçi məclislərdə həmkarlarına mikrofon vermədiyini etiraf edib: Marqarita pizza
“Mikrofonumu heç vaxt başqa müğənnilərə vermirəm, çünki qoxulara qarşı çox həssasam və allergiyam var. Bu da bəzi “ikinci-üçüncü sort müğənniləri” kompleksə salır. Rəylərdə kiməsə yazdırıb, məhz mikrofondan bəhs edirlər”.
Qeyd edək ki, məclislərdə mikrofon mövzusu ilə bağlı sənətçilərimiz arasında zaman-zaman qalmaqallar yaranır. Hətta müğənni Elton Hüseynəliyev də bir dəfə B.Dadaşovanın ona mikrofon vermədiyini etiraf etmişdi.
Telegram kanalımız