“Heç olmazsa şəhidimizin dəfnini murdarlamayın” - Fazil Mustafa əsəbiləşdi

saytların hazırlanması

Evə çatdırılma

“Heç olmazsa şəhidimizin dəfnini murdarlamayın” - Fazil Mustafa əsəbiləşdi

Siyasət

14 Sentyabr 2022 19:41 28656


"Bir neçə videoda qarşıma çıxdı. Şəhidlərimizin dəfnində fars ağzı ilə İranın ideoloji rituallarını bilərəkdən qabardan dəstələr peyda olur. Bunlara müvafiq qurumlarımız diqqət yetirməlidir. Onları məqsədyönlü şəkildə ora göndərirlər. Bu şəhidlərin qatili yalnız erməni deyil ki...".

Yenisabah.az xəbər verir ki, bunu deputat Fazil Mustafa qeyd edib.

"Bəs ermənilərə açıqca dəstək verənlər qatil deyillər? "Dindaşımız, soydaşımız, qardaşımız ermənilərə toxunanlar bizim qırmızı xəttimizi keçirlər" deyənlər o şəhidlərimizin qatili deyilmi? Şəhidimizə ağlayanda da azərbaycanlı kimi ağlamalıyıq!!! Artıq şəhidi son mənzilə qürurla, alqışla uğurlayan bir xalq formalaşıb, bu obrazda da davam etməliyik...O məğrur Azərbaycanın şəhid atasının Vətən haqqında söylədiyi şeir nə qədər möhtəşəm idi. Cəhənnəm olub gedin erməniyə yalaqlıq edən ağalarınızın yanına. Heç olmazsa şəhidimizin dəfnini murdarlamayın", - deputat bildirib. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Pərvin Abdullayev
    Düzdür. İran təranələri ilə gedib qardasları ermənilərin dəfnində iştirak etsinlər. İran- erməninin bir millət iki dövlət oldugunu coxdan təsdiqləyiblər. iranin İslam dininə hec bir aidiyyəti olmadığını hamı görür və bilir. Məcusilik onların qanındadır.
    4 years ago