Həcc Nazirliyi zəvvarlara bəzi məhdudiyyətlər qoyur

saytların hazırlanması

Evə çatdırılma

Həcc Nazirliyi zəvvarlara bəzi məhdudiyyətlər qoyur

Din

13 İyun 2023 10:38 8543


Səudiyyə Ərəbistanı builki Həcc mərasimi ilə bağlı təhlükəsizlik planı hazırlaylb.

Yenisabah.az "Əl-Qahirə 24"ə istinadla xəbər verir ki, Məscidül-Həram və Məscid ən-Nəbini ziyarət edəcək zəvvarların sayına ciddi nəzarət olunacaq.

Namaz vaxtlarında Allah Evinin qonaqlarının nisbi sayının müəyyən edilməsi də yeni plana daxildir. Toyuqlu pizza

Hazırda əsas keçidlərə nəzarət etmək və yanğınsöndürmə sistemlərini yoxlamaq üçün Əl-Həram məscidində 500-dən çox təhlükəsizlik qüvvəsi yerləşdirilib.

Digər tərəfdən, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi elan edib ki, zəvvarlar Həcc mərasimləri zamanı sıxlıqdan xəbərdar olmalı və təhlükəsizlik qüvvələrinin tövsiyələrinə diqqət yetirməlidirlər.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bəyan edib ki, zəvvarlar Həcc mərasimləri zamanı sanitar maskalardan istifadə etməyə davam etməli və baqajlarının həcmini azaltmalıdırlar.

Nazirlik builki Həcc mərasimləri üçün icazələrin verilməsinin əsas şərtlərini açıqlayıb. İcazələrin siyahısı internet portalları vasitəsilə zəvvarlara çatdırılacaq.

Həcc və Ümrə Nazirliyi bəyan edib ki, müraciət edən şəxsin Həcc icazəsi almaq üçün yaşı 18-dən az olmamalıdır, onun müəyyən bir xəstəlik və ya fiziki problemdən əziyyət çəkmədiyi barədə etibarlı mərkəzdən tibbi arayış olmalıdır. Üstəlik, zəvvarın təhlükəli cinayətləri törətmə üzrə məhkumluğu da nəzərə alınacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!