Həcc ziyarəti sosial məsafə ilə keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Həcc ziyarəti sosial məsafə ilə keçirilir

Din

30 İyul 2020 07:02 1646


Səudiyyə Ərəbistanında yerləşən müqəddəs Məkkə şəhərinə müsəlmanların Həcc ziyarəti başlayıb.

“Yeni Sabah” xəbər verir ki, pandemiya uzun müddətdir davam edən qaydalara sərt düzəlişlər etdi və tarixdə ilk dəfə olaraq həcc ziyarəti ciddi sanitar nəzarət şəraitində hacıların minimal iştirakı ilə reallaşır.

Əvvəlki illərdəki kimi 2 milyona yaxın xarici vətəndaş da daxil olmaqla 3 milyona qədər müsəlmanın Həcc ziyarətində olduğundan fərqli olaraq, bu il ziyarətdə yalnız 10 min müsəlman - 30 faizi krallıq vətəndaşları, qalan 70 faizi bu ölkədə yaşamaq izni olan əcnəbilər islamın əsas əmrlərindən birini yerinə yetirmək hüququnu alıblar. Bölgədə koronavirusa yoluxanların sayına görə birinci yerdə olan Səudiyyə Ərəbistanı xaricdən giriş üçün sərhədlərini bağlayıb. Dördpendirli pizza

Bildirilir ki, təhlükəsizlik qüvvələri xüsusi icazəsiz Həcc ziyarətinə getməyə çalışan 224 nəfəri saxlayıb.

Məkkəyə getdikdə bütün zəvvarlar karantindən keçməlidirlər. Həcc ziyarətindən qayıtdıqdan sonra evdə də onları iki həftəlik karantin gözləyir.

XIX əsrdə də Həcc ziyarəti epidemiyaların yayılması səbəbindən bir neçə dəfə ləğv edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!