Azərbaycanda 1000-ə yaxın adam həccə getmək istəyir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 1000-ə yaxın adam həccə getmək istəyir

Din

31 May 2019 07:57 1445


Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1000-ə yaxın insan müraciət edib.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Hazırda sənədlərin qəbul olunması prosesi davam edir. İdarədən bildirilib ki, sənəd qəbulu kvota dolana qədər davam edəcək. Pepperoni pizza

Zəvvarların avqustun 1-dən 6-a qədər Həcc ziyarətinə yola düşmələri, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönmələri planlaşdırılır. Zəvvarlar 8 təyyarə reysi ilə yola salınacaq.

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub. Ötən il isə Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulmuşdu.

Qeyd edək ki, bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir.

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!