Həcc ziyarətində olan azərbaycanlı zəvvarların durumu açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Həcc ziyarətində olan azərbaycanlı zəvvarların durumu açıqlandı

Din

07 İyun 2024 18:40 9446


Hazırda Həcc ziyarətində olan azərbaycanlı zəvvarların sağlıq durumları qaydasındadır.

Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, azərbaycanlı zəvvarların səhhətində heç bir problem yoxdur, ziyarət proqrama uyğun olaraq davam edir. Toyuqlu pizza

Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarəti üçün 1500 nəfərlik kvota ayrılıb. Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 3-ü səhər saatlarında təyyarə ilə Bakıdan Ciddə şəhərinə yola salınıblar.

Azərbaycanda Həcc ziyarətinin bir nəfər üçün qiyməti 5850 ABŞ dolları təşkil edir.

Xatırladaq ki, iyunun 16-sı və 17-də Azərbaycanda Qurban bayramıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!