Həcc ziyarətində zəvvarlar üçün yeni  QAYDALAR

Həcc ziyarətində zəvvarlar üçün yeni QAYDALAR

Din

19 İyun 2022 19:12 2655


İkiillik COVID-19 pandemiyasından sonra əcnəbi zəvvarları qəbul edən Səudiyyə Ərəbistanı Həcc ziyarətində yeni qaydaları açıqlayıb.

Yenisabah.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Həcərül Əsvəd (Qara daş) ilə Kəbə qapısı arasındakı “mültəzəm” və ya “İbrahim məqamı” deyilən yerdə baryerlər qoyulur.

Bu səbəbdən, əvvəllər Kəbənin divarlarına sifətlərini toxunduraraq dua edən zəvvarlar bunu edə bilməyəcək. Yeni qaydaların gigiyenik tədbirlər çərçivəsində qoyulduğu bildirilib.

Səudiyyə Ərəbistanı artıq iyulun 7-dən 12-dək keçiriləcək Həcc ziyarətində iştirak edəcək zəvvarları qəbul edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!